Üzüm bəhəməzi
Üzüm bəkməzinin faydaları
Mövsümündə təzə-təzə yediyimiz üzümün qış aylarında da süfrəmizə ləzzət qatmasını istəyirik. Üzüm bəhməzi bu zaman ən doğru seçimdir. Xüsusilə, səhər yeməklərində ürəklə yeyə biləcəyimiz üzüm bəhməzinin qida dəyəri yüksəkdir. Həmçinin, orqanizmin müqavimət gücünü artırır. Keçmişdən bəri şəfa mənbəyi sayılan üzüm bəhməzinin bir neçə növü var. Bu növlərdən hər hansı birini uşaqlarınızın rasionuna daxil etməklə təkcə onun sağlamlığını düşünmüş olmazsınız. Eyni zamanda, gələcək nəsillərə sağlam bir qidalanma vərdişi də miras qoyarsınız. Üzüm bəhməzini satın almaqla bərabər, özünüz də hazırlaya bilərsiniz. Soyuq qış günlərində orqanizmə enerji verən bu bəhməz ölkəmizin, demək olar ki, əksər bölgələrində hazırlanır. 100 qr üzüm bəhməzində 240 kalori var. Enerjini qısa zamanda artıran bəhməz arıqlamaq üçün vasitə deyil. Sadəcə, normada qəbul etsəniz, sizi kökəltməyəcəyindən əmin ola bilərsiniz. 100 qr üzüm bəhməzində 10 milliqram dəmir var. Məhsulda kalsium, kalium, maqnezium səviyyələri də yüksəkdir. Üzüm bəhməzinin faydaları nələrdir? 1) Enerji mənbəyidir. Soyuq havalarda qəbul edilməsi faydalıdır. Asanca qana qarışaraq qısa müddətdə ehtiyac duyulan enerjini təmin edir; 2) Bütün bəhməzlər kimi qan yaradıcı xüsusiyyətə malikdir. Səbəb üzüm bəhməzinin tərkibində olan yüksək miqdardakı dəmirdir; 3) Yaşlanmanın xoşagəlməz təsirlərini azaldır; 4) “Üzüm bəhməzi boyu uzadırmı?” sualına verilən cavabda bir çox faktor xatırlanır. Məsələn; əgər boyun uzun olması genetik faktora bağlıdırsa, üzüm bəhməzi tərkibindəki kalsiumla bu prosesi dəstəkləyir; 5) İştahaçıcıdır. Mədənin və digər həzm orqanlarının normal sürətlə işləməsini təmin edir. Nəticədə, insanın iştahı açılır; 6) Hamiləlik dönəmində üzüm bəhməzinin faydaları daha çox hiss edilir. Tərkibindəki vitamin və minerallar hətta doğuşdan sonrakı mərhələdə belə, qadın orqanizmini gücləndirir. Lakin hər iki etapda da-hamiləlikdə də, süd verəndə də üzüm bəhməzinin qəbul normasını həkim təyin etməlidir; “Üzüm bəhməzi nəyə faydalıdır?” sualını qarşıya qoysaq, cavab bir neçə maddədən ibarət olacaq: Tahinlə qarışdırılaraq qəbul edilən üzüm bəhməzi süd verən qadınlarda südün miqdarını və keyfiyyətini artırır. Bu arada, qeyd edim ki, tahin küncüt toxumlarından əldə edilir; Tənəffüs sistemi üçün faydalıdır. Soyuq mövsüm başlayan kimi, öskürək ən böyük sağlamlıq problemlərindən biri olur. Üzüm bəhməzi boğazı yumşaldır. Tərkibindəki vitaminlər isə öskürəyin qaynağı ilə mübarizədə orqanizmi dəstəkləyir; Cinsi aktivliyi artırır. Məhsul buna yüksək enerji dəyəri ilə nail olur; Üzüm bəhməzi necə hazırlanır? Əvvəlcə, üzümü dənələyin. Aşsüzəndə suya çəkin. Qazanın içində əzin, sonra cuna ilə süzün. Süzülən üzüm suyunu vam odda qarışdırra-qarışdıra qaynadın. 2-3 dəfə qaynayıb daşmasına izn verin. Təmiz və steril olan bəhməz torpağını məhz bu mərhələdə az-az qazana əlavə etməlisiniz. Sonra oddan götürün və 1 sutka ağzı qapalı şəkildə saxlayın. 1 gün sonra qarışım süzülərək qatı hissələrindən ayrılır. Maye qazana tökülür, qarışdıra-qarışdıra qaynadılır. Elə ki, bəhməz ideal qatılığına çatır, ocaqdan götürülür. Şüşə qablara dolduraraq uzun müddət saxlaya bilərsiniz. Səhər süfrələrinin bəzəyi olan üzüm bəhməzi şirniyyatların hazırlanmasında da istifadə edilir. Lazımi şəraitdə saxlanan üzüm bəhməzi xarlamır və ya xarab olmur. Bununla belə, nəzarətsiz şəkildə qəbul edildiyində zərərli ola bilir. Təzyiqdən əziyyət çəkənlər və şəkər xəstələri bəhməz qəbuluna daha çox diqqət etməlidirlər. Əgər diqqət edilməsə, qəbul edilən bəhməz təzyiqi qaldırır, qanda şəkərin miqdarını yüksəldir. Diqqət ediləsi normanı isə həkiminiz təyin etməlidir. Həzm problemləri yaşayanlar da üzüm bəhməzi ilə ehtiyatlı olmalıdırlar. Çünki bütün bəhməz növlərinin orqanizmə individual təsiri olduğu məlumdur. Hətta elə orqanizm var ki, bəhməzə qarşı allergik reaksiya göstərir.